» » Bakı dəmir yolu vağzalı köçürüləcək - PLAN

Bakı dəmir yolu vağzalı köçürüləcək - PLAN

Bölmə: Sosial, MANŞET
Bakı dəmir yolu vağzalı köçürüləcək - PLANVağzalın yerləşdiyi ərazi yaşıllığın artırılması üçün istifadə ediləcək

“Böyük Bakının Regional İnkişaf Planında dəmir yolu vağzalının köçürülməsi nəzərdə tutulub”."Xalqinfo.az" qeyd edir ki, bunu lent.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib. Onun sözlərinə görə, şəhərin mərkəzinə çoxlu sayda sərnişin və yük qatarlarının daxil olmasına ehtiyac yoxdur.

“Nəqliyyat Nazirliyi Bakı dəmir yolu vağzalının köçürülməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təkliflə müraciət etsə, yeni vağzal üçün yer ayrıla bilər”.

Şöbə müdiri vurğulayıb ki, şəhərin mərkəzində iki dəmir yolu xəttinin qalması planlaşdırılır: “Həmin xətlər Bakı kəndlərinə gediş-gəlişi təmin etmək üçün nəzərdə tutulub. Dəmir yolu vağzalının yerləşdiyi ərazi yaşıllığın artırılması üçün istifadə ediləcək. Bu, həm də paytaxtın mərkəzi hissəsində səs-küyü, insanların narahatlığını aradan qaldıracaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler