» » “Aprel şəhidi” mayor Urfan Vəlizadənin doğum günüdür

“Aprel şəhidi” mayor Urfan Vəlizadənin doğum günüdür

Bölmə: Sosial
“Aprel şəhidi” mayor Urfan Vəlizadənin doğum günüdür
Bu gün “Aprel şəhidi” - Mi-24 helikopterinin ekipaj üzvü Urfan Vəlizadənin doğum tarixidir.

Xalqinfo.az-ın məlumatına görə, Urfan Vəlizadə 1978-ci ilin 1 noyabr günündə Bakı şəhərində anadan olub. Məktəbi bitirən kimi Türkiyə Hava Hərbi Məktəbinə daxil olan Urfan burada beş il təhsil alıb və 2001-ci ildə Azərbaycanda xidmətə başlayıb.

Urfan Vəlizadə 2006-cı il 26 iyunda ailə həyatı qurub, Zəhra və Betül adında iki qız övladı dünyaya gəlib.

Mayor Urfan Vəlizadə özündən başqa baş leytenant Əbu Bəkir İsmayılov və mayor Təbriz Musazadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə iştirak edib. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vurulub və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olub. Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb.

Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Urfan Vəlizadə, Əbu Bəkir İsmayılov və Təbriz Musazadə ilə vida mərasimi olub. Şəhidlər Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda izdihamla son mənzilə yola salınıb.

Urfan Vəlizadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler