» » Sürücülər və piyadalar: Daha çox hansı qaydaları pozur -

Sürücülər və piyadalar: Daha çox hansı qaydaları pozur - Video

Bölmə: Sosial
Sürücülər və piyadalar: Daha çox hansı qaydaları pozur -
Bakıda yol hərəkəti iştirakçılarının ən çox hansı qaydaları pozmaları məlum olub. Aparılan araşdırma göstərib ki, yanvar ayından bu günə kimi qaydaları ən çox piyadalar pozublar. Sürücülər isə, daha çox dayanma-durma qaydalarını pozduqları üçün cərimə ediliblər.

Xalqinfo.az bildirir ki, dayanma və durmanın qadağan olduğunu bildirən nişan qoyulub ancaq, bu qaydaya əməl edən yoxdur.

Bu piyadalar isə özlərini təhlükəyə ataraq bir başa yolun hərkət hissəsindən keçirlər. Baxmayaraq ki, yaxınlıqda piyada keçidi var. Görüntülər Paytaxtın müxtəlif yerlərində qeydə alınıb. Dövlət yol polisi idarəsi Bakıda yol hərəkəti ilə əlaqədar sürücülərin və piyadaların ən çox hansı qaydanı pozmaları ilə bağlı araşdırma aparıb. İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, Vaqif Əsədov deyir ki, Bakıda son 10 ay ərzində 70 mindən artıq yol hərəkəti qaydalarını pozan şəxslər barəsində inzibati protokol tərtib edilib.

Dayanma-durma tələbini pozan sürücülərə qarşı tərtib edilmiş protokolların sayı da üstünlük təşkil edir. Həmçinin Bakıda 70 avtoxuliqan barəsində sərt cəza tədbiri görülüb. Ümumilikdə isə ötən illərlə müqayisədə Bakıda baş verən yol qəzalarının sayı azalıb.

Qeyd edək ki,ilin əvvəlindən bu günə qədər 478 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 147 nəfər həlak olub, 442 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Mövzu ilə bağlı Xəzər TV-nin daha geniş videomaterialını təqdim edirik:



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler