» » Bir partada 3 şagird əyləşir...- Video

Bir partada 3 şagird əyləşir...- Video

Bölmə: Sosial, MANŞET
Bir partada 3 şagird əyləşir...- VideoAbşeron rayonunun Nübar qəsəbəsində yaşayan sakinlər “Qafqazinfo”ya müraciət edib.

Sakinlər qəsəbədə fəaliyyət göstərən Qubadlı rayon Xanlıq kənd 3 saylı tam orta məktəbdə şəraitin olmamasından narazıdırlar. Qeyd edirlər ki, birinci sinifə gedən uşaqlar üçün sinif otaqları çox darısqaldır: “Bir parta arxasında üç şagird əyləşir. Belə olan şəraitdə də keyfiyyətli təhsildən söhbət belə gedə bilməz. Bundan əlavə qəsəbənin məktəbə gedən yolları da bərbad vəziyyətdədir. Uşaqlar hər gün çəkmələrinə salafan torba keçirdirlər. Məktəbə çatanda isə çıxarırlar. Bu cür acınacaqlı vəziyyət illərdir ki davam edir. Biz aidiyyatı qurum olan Abşeron Rayon İcra Hakimiyyətindən problemlərimizin həll edilməsinə köməklik etməsini xahiş edirik”.

Qeyd edək ki, bu videonu valideynlərdən biri "Qafqazinfo"ya göndərib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler