» » Metroda yenə problem

Metroda yenə problem

Bölmə: Sosial
Metroda yenə problemQatarda yaranan texniki problem yerində həll olunub

Bu gün saat 10:30-da Bakı metrosunda daha bir problem yaranb.

Xalqinfo.az-ın anspress-ə istinadən məlumatına görə, hadisə “İçərişəhər” stansiyasında qeydə alınıb.

Belə ki, “İçərişəhər” stansiyasından “Həzi Aslanov” stansiyasına gedən qatar paltformadan hərəkət edə bilməyib. Sərnişinlər düşürdülüb. Daha sonra yenidən qatarlara mindiriliblər və qatar tərpənib. Hadisə nəticəsində stansiyada sərnişin sıxlığı yaranıb.

Nasazlıq yaranan qatar gedəndən sonra təxminən 7-10 dəqiqə sonra yeni qatar gəlib. Metroda qələbəlik yaşanıb.

Məsələ ilə əlaqədar Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin anspress-ə verdiyi məlumata görə, problem texniki nasazlıq səbəbindən baş verib.

“Metronun “İçərişəhər” stansiyasında 6 saylı qatarda texniki nasazlıq yaranıb. Mütəxəssislər elə yerindəcə problemi aradan qaldırıblar. Hadisə nəticəsində qatar qrafikində 4 dəqiqə gecikib. Lakin ümumi qrafikdə gecikmələr olmayıb. Vaxt itkisi qarşı stansiyalarda bərpa olunub”, - deyə Nəsimi Paşayev bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler