» » Bakıda binaların “balkon”lar sökülür

Bakıda binaların “balkon”lar sökülür

Bölmə: Sosial
Bakıda binaların “balkon”lar sökülür
Bakının mərkəzi küçələrində hündürmərtəbəli binaların eyvanları sökülür.

Xalqinfo.az xezerxeber.az-a istinadən bildirir ki, söküntü işləri paytaxtın Nəsimi və Xətai rayonları ərazisində həyata keçirilir.

Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, köhnə və müddətini başa vurmuş, eləcə də qəzalı vəziyyətdə olan eyvanlar sökülərək yeniləri ilə əvəz olunur. Hazırda rayonun Rəşid Behbudov, Səməd Vurğun və Dilarə Əliyeva küçələrinin kəsişməsi, həmçinin 28 may, Azadlıq prospekti və Nizami küçəsində olan binalarda təmir işləri gedir.

Nəsimi rayonu ilə yanaşı, eyvanların yenilənməsi prosesi Xətai rayonunda da gedir. Rayonun Yusif Səfərov və Afiyəddin Cəlilov küçələri ilə Nobel prospektinin giriş hissəsində 20 binanın fasadı əsaslı şəkildə təmir edilib və 470 eyvan yenilənib. Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirib ki, hazırda Afiyəddin Cəlilov və Mehdi Mehdizadə küçələrində 40 eyvanın təmir işləri aparılır. Eyvanların yenilənməsi işlərinin ilin sonunadək başa çatdırılması planlaşdırılır. Söküntü işləri Nazirlər Kabinetinin qərarı əsasında özəl tikinti şirkətləri tərəfindən həyata keçirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler