» » BDU-nun nümayəndəsi vitse-prezidenti seçildi

BDU-nun nümayəndəsi vitse-prezidenti seçildi

Bölmə: Sosial
BDU-nun nümayəndəsi vitse-prezidenti seçildi
Rusiyanın paytaxtı Moskvada Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 30-cu qurultayı keçirilib.

“Xalqinfo” xəbər verir ki, qurultayın işində Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antonoviç Sadovniçi, AUHTA-nın prezidenti, professor İqoreviç Vladimir Kotlobovski, Rusiya Federasiyasının hökumət və dövlət nümayəndələri iştirak ediblər.

Avrasiya məkanında yerləşən altı ölkənin 50-dək klassik universitetini özündə birləşdirən bu Assosiasiyada Azərbaycanı Bakı Dövlət Universiteti Həmkarlar təşkilatının sədri dosent Fikrət Şiriyev təmsil edib.

Daha sonra plenar iclasda çıxışlar dinlənilib.

Sonda qurultayda təşkilat məsələlərinə baxılıb. Bakı Dövlət Universiteti Həmkarlar təşkilatının sədri, dosent Fikrət Şiriyev Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının vitse-prezidenti seçilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler