» » Bir gecədə iki ev yandı

Bir gecədə iki ev yandı

Bölmə: Sosial
Bir gecədə iki ev yandı Göygöl rayonu, Üçtəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan 1 mərtəbəli 2 otaqlı evin 1 otağının və dəhlizinin yanar konstruksiyalar 35 kv.m sahədə yanıb.

“qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Ağcabədi rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan 1 mərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler