» » Nazir 10 rayonun sakinlərini qəbul etmək üçün Gəncəyə gedir

Nazir 10 rayonun sakinlərini qəbul etmək üçün Gəncəyə gedir

Bölmə: Sosial
Nazir 10 rayonun sakinlərini qəbul etmək üçün Gəncəyə gedir
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov qərb regionunda vətəndaşları qəbul edəcək.

Xalqinfo.az xəbər verir ki, nazir oktyabr ayının 28-də saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler