» » QHT “Beynəlxalq Ahıllar günü” ilə bağlı tədbir təşkil etdi

QHT “Beynəlxalq Ahıllar günü” ilə bağlı tədbir təşkil etdi

Bölmə: Sosial
QHT “Beynəlxalq Ahıllar günü” ilə bağlı tədbir təşkil etdi
“Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi “Beynəlxalq Ahıllar Günü” münasibəti ilə Bakı şəhəri, Gənclik metrosunun yaxınlığında yerləşən Marxal Resoranında ahıllar üçün tədbir təşkil edib.

QHT.az xəbər verir ki, tədbirin keçirilməsinə texniki dəstəyi Marxal restoranı verib. Tədbirdə Binəqədi və Yasamaldan olan 35-ə yaxın ahıl iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin sədri Ruhiyyə Məmmədova bildirib ki, 1 oktyabr Beynəlxalq Ahıllar günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.

Təşkilat rəhbəri əlavə edib ki, Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb.
Ölkəmizdə yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

Təşkilat rəhbəri bu tədbirin təşkilinə verdiyi dəstəyə görə Marxal restoranın rəhbərliyinə öz dərin təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən BDU-nin professoru, “İdeal Sülhun Təbliği Fondunun” vitse prezidenti Əsədulla Qurbanov, Dünya Azərbaycanlıları Asambleyasının vitse prezidenti və İsveç üzrə nümayəndəsi Aidə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Səməd Vurğun” və “Qızıl qələm” mükafatları laureatı, şair-dramaturq Zaməddin Ziyadoğlu, veteran, həkim, şair Zakir Ağdamlı, veteran dövlət xadimi Həmid Cəfərov, Yasamal rayonu MKS-nin böyük metodisti İradə Hüseynova və digərləri çıxış edərək ölkəmizdə yaşlı insanların problemlərinə həssas münasibətin olduğunu, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatların həyata keçirildiyin bildirmişlər.

Eyni zamanda tədbir iştirakçıları ahıl insanlara cəmiyyətin bütün nümayəndələrin qayğı göstərməsinin vacibliyini qeyd ediblər.

Tədbir ahıl Elxan Məhərrəmovun, gənc müğənnilərin və Batamdar qəsəbəsi mədəniyyət evinin kollektivinin iştirakı ilə musiqili proqramla davam edib.
Tədbirin sonunda Yasamal və Binəqədi rayon Sosial Müdafiə Mərkəzlərində qeydiyyatda olan ahıllara Marxal restoranı rəhbərliyi və Dünya Azərbaycanlıları Asambleyasının vitse prezidenti və İsveç üzrə nümayəndəsi Aidə Məmmədova tərəfindən qurban əti paylanılıb. Tədbirdə iştirak ahıl ziyalılara isə Yasamal rayonu MKS-nin böyük metodisti İradə Hüseynova tərəfindən kitablar hədiyyə edilib.

Ahıllara və Tənhalara Dəstək ictimai birliyi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler