Heydər Əsədov Salyanda pambıq qəbulu məntəqəsində - FotolarBölmə: Sosial
Kənd təsərrüfatı naziri Heydər Əsədov Salyana səfəri çərçivəsində rayonun Şorsulu kəndində yeni istifadəyə verilən pambıq qəbulu və sort-sınaq məntəqələrində olub. “Xalqinfo” xəbər verir ki, nazir pambıq qəbulu məntəqəsində yaradılmış şəraitlə, eləcə də pambığın qəbulu, keyfiyyəti, qurudulması və məhsulun tayalara vurulması prosesi ilə maraqlanıb. Bildirilib ki, yeni istifadəyə verilən Şorsulu pambıq qəbulu və tədarükü məntəqəsi respublikanın pambıqçılıq rayonlarında inşa olunan 12 məntəqədən biridir. Sonra nazir Salyan sort-sınaq məntəqəsində toxumçuluq üçün əkilib-becərilən pambıq sahələrini gəzib, bitkinin dərmanlanması və məhsul yığımına hazırlıqla tanış olub. Son illər ölkədə pambıqçılığın inkişafına göstərilən diqqət və qayğıdan söhbət açan Heydər Əsədov bu mövsüm pambıq yığımı zamanı heç bir çətinliyin olmayacağını, bunun üçün bütün zəruri tədbirlərin vaxtında həyata keçirildiyini bildirib. Qeyd olunub ki, görülmüş işlər nəticəsində qısa müddətdə respublikada 21 min ton pambıq yığılaraq qəbul və tədarük məntəqələrinə verilib. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|