» » İlham Əliyev protokolu təsdiqlədi

İlham Əliyev protokolu təsdiqlədi

Bölmə: Sosial
İlham Əliyev protokolu təsdiqlədi
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalanıb.

“Xalqinfo”nun məlumatına görə, protokol qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Gömrük Komitəsinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, AzərbaycanXarici İşlər Nazirliyinə isə protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası hökumətinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında protokol 2017-ci il iyunun 14-də Bakı şəhərində imzalanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler