» » Erməni deputatların Bakıya gəlməsinə qarşı aksiya -

Erməni deputatların Bakıya gəlməsinə qarşı aksiya - Foto

Bölmə: Sosial
Erməni deputatların Bakıya gəlməsinə qarşı aksiya -
Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü erməni deputatların Bakıya səfərinə etiraz olaraq aksiya keçirib.

APA-nın xəbərinə görə, aksiya iştirakçıları ermənilərin də qatıldığı tədbirin keçirildiyi Milli Məclisin qarşısında toplaşaraq, “Rədd olsun işğalçı Ermənistan nümayəndələri!”, “Erməniləri dəvət edənlərə ar olsun!”, “Ermənilər Bakını dərhal tərk etsinlər!” və digər şüarlar səsləndirib, plakatlar qaldırıblar. Aksiya iştirakçıları erməni bayrağını ayaqları altına alaraq tapdalayıblar, polislər bayrağı yandırmağa imkan verməyiblər. Polislər aksiyanın qarşısını alaraq, iştirakçıları ərazidən zorla uzaqlaşdırıblar.

Aksiya iştirakçılarının yaydığı bəyanatda bildirilir ki, erməni deputatların Bakıda keçirilən Avronest Parlament Assambleyasının iclasına dəvət olunmaları, onların iştirakına şərait yaradılması şəhidlərimizin ruhlarına təhqir, bütün Azərbaycan xalqına xəyanətdir: “Nə qədər ki, torpaqlarımız işğal altında, qız gəlinlərimiz əsirlikdə, Dilqəm Əsgərov və Şahbaz Quliyev kimi soydaşlarımız girovluqdadır, ermənilərin hər hansı ad altında Azərbaycana, paytaxtımıza gətirilməsi yolverilməzdir. Bu praktikaya bir dəfəlik son qoyulmalıdır. Biz işğalçı Ermənistan rejiminin təmsilçilərini, bu həyasız deputatların dərhal konfransdan çıxarılmasını, onların Azərbaycandan dərhal getmələrini tələb edirik”.

Erməni deputatların Bakıya gəlməsinə qarşı aksiya -
Erməni deputatların Bakıya gəlməsinə qarşı aksiya -
Erməni deputatların Bakıya gəlməsinə qarşı aksiya -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler