» » “Hicablı və saqqallı gənclərin dərsə gəlməyi qadağan olunub” - Rektor

“Hicablı və saqqallı gənclərin dərsə gəlməyi qadağan olunub” - Rektor

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
“Hicablı və saqqallı gənclərin dərsə gəlməyi qadağan olunub” - Rektor
Mingəçevir Dövlət Universitetində hicablı tələbələri dərsə buraxmırlar.

“Xalqinfo” xəbər verir ki, Modern.az saytı məsələ ilə bağlı universitetin rektoru Akif Hacıyevlə əlaqə saxlayıb. O, xəbərin doğru olduğunu deyib.

“Biz Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyənləşdirmişik”, - deyə rektor vurğulayıb.

A. Hacıyev bildirib ki, universitetdə 2-3 nəfər tələbə hicablıdır: "Biz hicabın əleyhinə deyilik. Özləri bilərlər, amma dərsə daxil olanda deyirik ki, hicabınızı açın və dərs bitəndən sonra hicabınızı taxın. Vəssalam. Bir də ki, üzü saqqallı gənclərin dərsə gəlməyini qadağan etmişik. Burada qəbahətli heç nə yoxdur. Azərbaycanda din dövlətdən ayrıdır. Artıq tələbələr dərsə hicabsız gəlirlər. Heç bir problem yoxdur”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler