7 il ana ola bilməyən qadın üçəm dünyaya gətirdi - VideoBölmə: Sosial
Bakıda 7 ildir ana ola bilməyən qadın üçəm dünyaya gətirib. "Xalqinfo" xəbər verir ki, 27 yaşlı Əzizə Haqverdiyeva uzun zaman ana ola bilməsə də ona bu sevinci ali dərəcəli mama-ginekoloq Səbinə Mirzəyeva yaşadıb. Yeddi ildən sonra iki oğlan və bir qız anası olan Ə.Haqverdiyeva uşaqların adını Həsən, Sabit və Dilək qoyacağını deyib. Əzizə Haqverdiyeva hisslərini Space Tv-də yayımlanan “Hər gün” informasiya proqramı ilə bölüşüb: “Çox gözəl hissdir. Bunu hər kəsə arzu edirəm. Gec olsun, amma bu sevinci bütün analar yaşasın. Şükür allaha ki, çox çətin olmadı. Allah hər zaman mənimlə oldu”. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|