» » Ziya Məmmədovun bacısı işdən çıxarıldı? -

Ziya Məmmədovun bacısı işdən çıxarıldı? - Nazirlik araşdırmaya başladı

Bölmə: Sosial
Ziya Məmmədovun bacısı işdən çıxarıldı? -
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın işdən çıxarılması ilə bağlı məlumat yayılıb.

Məlumata görə, M. Məmmədova işində yol verdiyi nöqsana və haqqındakı rüşvət alma ittihamına görə vəzifəsindən çıxarılıb.

“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün sözügedən liseylə əlaqə saxlayıb.

Liseydən bildirilib ki, Məhbubə Məmmədova 3 gündür ki, səhhəti ilə bağlı işə çıxmır: “Ancaq onun işdən çıxarılması barədə məlumatlı deyilik”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov da “Qafqazinfo”ya danışıb. O qeyd edib ki, hazırda nazirliyin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma aparılır: “Ancaq məktəb direktoru işdən çıxarılmayıb. Araşdırmanın nəticəsi barədə ictiamiyyətə məlumat verəcəyik”.

Qeyd edək ki, sabiq nazirin bacısının pedaqoji fəaliyyəti ilə bağlı mətbuatda çoxlu neqativ informasiyalar yayılıb. O, əsasən məktəblilərdən rüşvət almaqda ittiham olunub.

Xatırladaq ki, son günlər keçmiş nazir Ziya Məmmədovla bağlı bir- birinin ardınca məlumatlar yayılır. Bildirilir ki, sabiq nazir Xarici İşlər Nazirliyinin yanındakı evini də satışa çıxarıb. Onun oğlu Anar Məmmədovla birgə xaricə köçmək istəyinin olduğu da vurğulanır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler