» » 170 sürücü sərxoş yaxalandı -

170 sürücü sərxoş yaxalandı - Reyd

Bölmə: Sosial
170 sürücü sərxoş yaxalandı -
Yol Polisi cərimələrini ödəməyən sürücülərə qarşı reydi davam etdirir.

Daxili İşlər Nazirliyindən “Xalqinfo”ya verilən məlumata görə, bu dəfə yoxlamalar Xəzər rayonunda aparılıb.

Reyd zamanı saxlanılan sürücülərin ödənilməyən cərimələrinin olub-olmaması patrul avtomobillərində olan xüsusi bort kompüterlər vasitəsi ilə yoxlanılıb.

Həmçinin reyd zamanı cərimələri mərkəzi məlumat xidmətində qərarsız kimi qeyd olunan sürücülər də saxlanılaraq onlara pozduqları yol hərəkəti qaydaları barədə yerindəcə müvafiq sənədlər təqdim olunub.

Tərtib olunmuş inzibati protokol üzrə təyin edilən cəriməni 2 ay müddətində ödəməyən sürücünün nəqliyyat vasitəsinin mühafizə olunan müvəqqəti duracağa yerləşdirilməsi barədə qərar qəbul olunur. Təşkil olunan reyd zamanı bu tipli qayda pozuntularına yol verən sürücülərin də avtomobilləri cərimə meydançasına yerləşdirilib.

Qeyd edək ki, bu ilin 8 ayı ərazində Xəzər rayon DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 7970 inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin köməkliyi ilə qaydaları pozan 25000 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib. Qeyd edilən dövrdə Xəzər rayonu ərazisində kobud qayda pozuntularına yol verən 1251, həmçinin sərxoş vəziyyətdə avtomobil idarə edən 170 sürücü müəyyən edilərək barələrində qanuni tədbir görülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler