» » İcra başçısı “İlk Zəng”də iştirak edib

İcra başçısı “İlk Zəng”də iştirak edib

Bölmə: Sosial
İcra başçısı “İlk Zəng”də iştirak edib
“Bilik günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirilib.

İH-dən daxil olan xəbərə görə, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsindəki Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbində keçirilən “Bilik Günü” mərasimində iştirak edib. İcra başçısı məktəb kollektivi qarşısında çıxış edərək, yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara gələcək tədris illərində uğurlar arzulayıb. Bildirib ki, ötən tədris ili də Qaradağ rayonu üçün uğurlu olub. 2016-2017-ci tədris ilində Qaradağ rayonu üzrə orta məktəbi bitirmiş məzundan 580 nəfəri ali məktəblərə qəbul olunub ki, bu da sənəd verənlərin 62,7 faizini təşkil edir.

“İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanılıb.

Xəbərdə o da bildirilir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonumuzun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 nəfər məktəbliyə yeni məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler