» » “Deyirdilər, məktəbin yerinə başqa bina tikiləcək” -

“Deyirdilər, məktəbin yerinə başqa bina tikiləcək” - İlham Əliyev

Bölmə: Sosial
“Deyirdilər, məktəbin yerinə başqa bina tikiləcək” -
Bu gün prezident İlham Əliyev Bakının Yasamal rayonunda 20 nömrəli məktəbin açılışında iştirak edib.

“Xalqinfo” xəbər verir ki, dövlət başçısı açılışda çıxış edərək bildirib ki, 10 il bundan əvvəl məktəbin təmiri ilə bağlı müəyyən tədbirlər görülmüşdür: “Mən bu məktəbdə olmuşdum. Təmir işləri aparılmışdır. O vaxt üçün bəlkə də pis aparılmamışdı. Ancaq bugünkü inkişafımızın səviyyəsinə uyğun gəlmirdi. Ona görə də qərar qəbul olundu ki, məktəbin binası sökülsün və yeni məktəb tikilsin.

Xatırlayıram ki, o vaxt valideynlər, müəllimlər tərəfindən müxtəlif fikirlər, narahatlıqlar var idi ki, bu məktəb söküləcək və yerində başqa bir bina tikiləcək. Bəzən belə olur. Şəhərimizdə şayiələr gəzir. Ancaq əlbəttə ki onların heç bir əsası yox idi. Bizim əvvəldən planlarımız o idi ki, bu məktəbin yerində yeni bir məktəb tikilsin. İki il yarım ərzində möhtəşəm bir bina tikildi. Tam əminliklə demək mümkündür ki, bu gün ölkəmizin ən böyük və ən gözəl məktəbi 20 saylı məktəbdir. Bu adı qazanmaq o qədər də asan deyil”.

Xatırladaq ki, 2014- cü ildə 20 nömrəli məktəb sökülən zamanı Bakı şəhər İcra Hakimiyyəti ilə Təhsil Nazirliyi arasında qalmaqal yaranmışdı. Bakı meri Hacıbala Abutalıbov məktəbin yerində park salınacağını bildirmişdi. Bu isə valideynlər arasında narazılığa səbəb olmuşdu. Onlar bununla bağlı aksiya keçirmişdilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler