» » AMİ-nun müəllimi tələbəyə qarşı dələduzluq edib - Şikayətçinin ərizəsi

AMİ-nun müəllimi tələbəyə qarşı dələduzluq edib - Şikayətçinin ərizəsi

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
AMİ-nun müəllimi tələbəyə qarşı dələduzluq edib - Şikayətçinin ərizəsi
Bizə qarşı edilən cinayət faktının üstü qəsdən ört-basdır edilir. Ancaq baxmayaraq ki, həmin vəzifəli şəxslərin bizə qarşı dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, rüşvət alma, saxta sənəd tərtib etmə cinayətlərini təsdiq edən konkret və mötəbər subutlarımız var. Həmin subutları Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəmiz əsasında aparılan araşdırmaya təqdim edib ifadələr vermişik. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi heç bir qanunu əsas olmadan tədbir görmək istəmir, süründürür.

Ucar rayonu Alpı kənd sakini Nəbiyeva Sevil Məhəmmədəli qızı tərəfindən Xalqinfo.az-a göndərilən şikayət məktubunda qeyd olunur:

Qeyd edim ki, nəvəm Nəbiyeva Aytən Nəbi qızının Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına 2011-ci il tarixdə qəbulu zamanı həmin institutun müəllimi Məmmədov Ələddin Hətəm oğlu bizdən bəribaşdan təhsil haqqı adı ilə 12000 (on iki min) manat pul aldı.Bundan sonra nəvəm Aytən Nəbiyeva Gəncə şəhərində kirayə evdə qalaraq 4 il həmin Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında təhsil aldı. 4 il ərzində hər il təhsil haqqı olraq 1500 manat pul ödədik ki, buna dair qəbzlərimiz var.4 il ərzində hər altı aydan bir Gəncə Müəllimlər İnsitutunun müəllimi Ələddin Məmmədov imtahan adı ilə bizdən 500 manat pul almışdır. Sonradan diplomun verimə zamanı gələndə bizə məlum oldu ki, Gəncə Müəllimlər İnsitutunun müəllimi Ələddin Məmmədov vəzifə səlahiyyətlərindən.sui-istifadə edib bizi küllü miqdarda pulumuzu alıb bizi aldatmışdır. Bizə bildirildi ki, Aytən Nəbi qızı Nəbiyeva adlı tələbə Azərbaycan Müəllimlər İnstitutunda oxumayıb, sizi müəllim Ələddin Məmmədov aldadıb.

Bu absurd bir haldır. Necə olurki nəvəm düz 4 il Gəncə şəhərində kirayə evdə qalaraq Azərbaycan Müəllimlər İnstitutuna hər gün dərsə gedib, imtahamnlarda iştirak edib. Bütün bu faktlar onu deməyə əsas verir ki, bu ağır cinayət hadisəsini müəllim Ələddin Məmmədov tək törətməyib.

Bu cinayət hadisəsi barədə Azərbaycan Respubliasının Baş Prokuroruluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verdiyimiz şikayət ərizəmiz əsasında araşdırma aparan Şəhriyar adlı müstəntiq düz bir ilə yaxındır ki, bizi süründürüb axırdad heç bir tədbir görə bilməyəcəyini bildirir.

Ancaq dəqiq və mötəbər subutlar var ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının müəllimi Ələddin Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı edərək, bizi aldadıb dələduzluqla küllü miqdarda pulumuzu almaqla ağır cinayət törətmişdir. Biz bu cinayət əməli barədə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qralova çoxlusayda şikayət ərizələri göndərmişik bizə ancaq kiçik bildiriş vərəqi göndərirlər ki, ərizəniz qeydə alındı amma heç bir nəticəsi yoxdur. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik küllü miqdarda pulumuzu aldadıb alıb ağır cinayət törətmiş Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının müəllimi Ələddin Məmmədovun və onu himayə edən vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görəsiniz.

Şikayətçi nəvəsi Nəbiyeva Aytən Nəbi qızının təhsil alması ilə bağlı tələbə biletinin surətini və təhsil haqqının ödənilməsi ilə bağlı sübutları bizə təqdim edib.

Qarşı tərəfi dinləməyə hazırıq.

AMİ-nun müəllimi tələbəyə qarşı dələduzluq edib - Şikayətçinin ərizəsi
AMİ-nun müəllimi tələbəyə qarşı dələduzluq edib - Şikayətçinin ərizəsi
AMİ-nun müəllimi tələbəyə qarşı dələduzluq edib - Şikayətçinin ərizəsi
AMİ-nun müəllimi tələbəyə qarşı dələduzluq edib - Şikayətçinin ərizəsi
AMİ-nun müəllimi tələbəyə qarşı dələduzluq edib - Şikayətçinin ərizəsi
AMİ-nun müəllimi tələbəyə qarşı dələduzluq edib - Şikayətçinin ərizəsi
AMİ-nun müəllimi tələbəyə qarşı dələduzluq edib - Şikayətçinin ərizəsi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler