» » BDU-da Bilik Günü qeyd edildi

BDU-da Bilik Günü qeyd edildi

Bölmə: Sosial
BDU-da Bilik Günü qeyd edildi
Bu gün Bakı Dövlət Universitetində 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Xalqinfo.az-a daxil olan məlumata görə, giriş nitqi ilə çıxış edən rektor, akademik Abel Məhərrəmov birinci kurs tələbələrini Bakı Dövlət Universitetinə daxil olmaları münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin «Azərbaycan xalqının milli sərvəti» adlandırdığı və mövcud olduğu 100 ilə yaxın dövr ərzində xalqımızın maariflənməsində, milli təfəkkürünün, milli özünüdərkinin formalaşmasında müstəsna rol oynayan BDU-nun bu gün də flaqman rolunu uğurla davam etdirdiyini, ölkəmizin milli universiteti statusunu qoruduğunu qeyd edib. Universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri barədə məlumat verən akademik Abel Məhərrəmov bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü bildirib. Qeyd edib ki, BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla 5100, magistratura səviyyəsinə 700 nəfər qəbul edilib. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 390, 500-700 arası bal toplayan 1500 nəfər Bakı Dövlət Universitetini seçib ki, bu da respublikada 500-700 bal toplayan abituriyentlərin 21%-ni təşkil edir. Bu göstəricinin ötən tədris ili ilə müqayisədə 204 nəfər çox olmasına diqqət çəkən rektor 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 2 nəfərin seçiminin də BDU olduğunu bildirib. Onu da qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Prezident təqaüdünə layiq görülənlərdən 16 nəfər Bakı Dövlət Universitetinin tələbələridir bu da ötən tədris ilində BDU-dan təqaüdə layiq görülən tələbələrin sayından 60 faiz çoxdur.

İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev və 700 bal toplayaraq Hüquq fakültəsinə qəbul olmuş İlhamə Hüseynovanın çıxışından sonra rektor Abel Məhərrəmov yüksək balla daxil olan gənclərə tələbə vəsiqələri, universitetin tarixini əks etdirən bukletlər təqdim edib, onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 17 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 43 ixtisas və 210 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir və təhsil alan tələbələrin sayı 22 mindən çoxdur. Bu tədris ilində BDU-nun SABAH qruplarında təhsil alan tələbələrin sayı 172-dən 250 nəfərə qədər yüksəlib. Eyni zamanda, bu il SABAH qruplarına 10 ixtisas üzrə qəbul aparılıb ki, onlardan Psixologiya və Biologiya müəllimliyi yeni ixtisaslardır. Ümumilikdə, BDU-nun SABAH qrupları tələbələrinin sayı 595 nəfərdir. Bu il universitetin bakalavriat səviyyəsində “Korreksiyaedici təlim” adlı yeni yeni ixtisas da açılıb. Cari ildə BDU-nun Qazax filialına 13 ixtisas üzrə tələbə qəbulu aparılıb. Həmin ixtisaslardan Fizika müəllimliyi, Riyaziyyat müəllimliyi, Kimya biologiya müəllimliyi, Sosial iş, Tarix, Tarix müəllimliyi, Coğrafiya müəllimliyi yeni ixtisaslardır. Bu il filiala Bakı şəhəri də daxil olmaqla, 54 şəhər və rayondan 400 nəfər tələbə qəbul olub ki, bu da ötən tədris ili ilə müqayisədə 262 nəfər çoxdur. Ümumilikdə, filialda təhsil alan tələbələrin sayı 700 nəfərdir.

BDU-da Bilik Günü qeyd edildi
BDU-da Bilik Günü qeyd edildi
BDU-da Bilik Günü qeyd edildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler