» » İlk dərs Cocuq Mərcanlıya həsr olundu

İlk dərs Cocuq Mərcanlıya həsr olundu

Bölmə: Sosial
İlk dərs Cocuq Mərcanlıya həsr olundu
15 sentyabr yeni tədris ilinin başlanması - Bilik günü respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da qeyd olunub.

Rayon İH-dən daxil olan xəbərə görə, rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 15 sentyabr - bilik günü münasibəti ilə Horadiz şəhərində 3 nömrəli tam orta məktəbdə olub, məktəbin müəllim, şagird kollektivi və valideynlərlə görüşüb.

Alı Alıyev qeyd edib ki, dövlət tərəfindən təhsilə göstərilə diqqət və qayğının nəticəsidir ki, rayonun şagirləri ildən ilə ali məktəblərə keçirilən qəbul imtahanlarda yüksək nəticələr əldə edirlər. “Rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 375 nəfəri ali məktəblərə, 120 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunan məzunlardan 14 nəfəri 600–700, 25 nəfəri 500–600, 68 nəfəri 400–500, 123 nəfəri 300–400 arası bal toplayaraq tələbə adını qazanıb”.

Rayonun ümumtəhsil məktəblərində ilk dərs “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.

İlk dərs Cocuq Mərcanlıya həsr olundu
İlk dərs Cocuq Mərcanlıya həsr olundu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler