» » 100 yaşlı məktəbdə “Bilik günü” keçirildi

100 yaşlı məktəbdə “Bilik günü” keçirildi

Bölmə: Sosial
100 yaşlı məktəbdə “Bilik günü” keçirildi
Bu il 100 yaşı qeyd olunan, Səbail rayonu 20-ci yaşayış sahəsindəki 162 saylı tam orta məktəbdə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir keçirilib.

“Xalqinfo” xəbər verir ki, tədbiri açıq elan edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova məktəbin tarixi barədə məlumat verərək qeyd edib ki, 100 yaşı tamam olan məktəb binasında bu ilin yayında əsaslı təmir-yenidənqurma işləri aparılıb, məktəbdə müasir təhsil üçün hər cür şərait müasir yaradılıb, burada kimya, fizika, biologiya, ədəbiyyat, informatika, çağırışa qədərki hərbi hazırlıq və digər kabinetlərdə şagirdlərin nəzəri biliklərini tətbiq etmələri üçün zəruri avadanlıqlar quraşdırılıb. Bu kabinetlərlə yanaşı, məktəb üçün yeni olan ekoloji kabinet də yaradılıb.

Məktəbdə idman və akt zalları da müasir səviyyədə təmir olunub, ləvazimatlarla təchiz olunub, yeni avadanlıqlar quraşdırılıb, məktəbin yeməkxanası tam yenilənib.

Tədbirdə iştirak edən Səbail RİHBA İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məktəb kollektivini yeni dərs ilinin başlanması münasıbəti ilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən 700 bal toplamış məzun Mahirə Əsədzadə, valideyn Niyaz Niftiyev və başqaları məktəbdə yaradılan şəraitə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını çatdırıb, şagirdlərin hazırladıqları bədii konpozisiya, müasir və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunub.

100 yaşlı məktəbdə “Bilik günü” keçirildi
100 yaşlı məktəbdə “Bilik günü” keçirildi
100 yaşlı məktəbdə “Bilik günü” keçirildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler