» » Ölkəmizdə bir otaqlı evdə 11 nəfər yaşayır -

Ölkəmizdə bir otaqlı evdə 11 nəfər yaşayır - Kömək istəyirlər + Video

Bölmə: Sosial
Ölkəmizdə bir otaqlı evdə 11 nəfər yaşayır -
Nizami rayonunda yerləşən lampa zavodunun yataqxanasında məskunlaşan iki bacı Nahidə və Minayə Məmmədovaların yaşayışı olduqca ağırdır.

Xalqinfo.az Primetime.az-a istinadla xəbər verir ki, Ağdam rayonundan qaçqın olan bacılar aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, cavabsız qalıb. Minayə Məmmədova bildirir ki, artıq 20 ildir 11 nəfərlik ailəsi ilə birlikdə bu yataqxanada yaşayırlar:

"Balaca dar otaqda 11 nəfər yaşayırıq. Oğlumun biri iş tapa bilmədi deyə ölkəni tərk etdi. O biri oğlum da işləmir. Nə təqaüd alıram, nə də yardım. Allahın ümidinə qalmışıq. Dəfələrlə "Qaçqınkom"a müraciət etmişəm, Prezidentə və xanımına məktub yazmışam, heç kim gəlib maraqlanmadı. İllərdir bu əziyyətə qatlaşırıq. Bacımın durumu daha ağırdır. Dəfələrlə əməliyyat olunub. Bir oğlu əsgərdir, qızı nişanlanıb. O biri oğlu da əsgərlikdən gəlib, iş tapa bilmir. Biz də bu ölkənin vətəndaşlarıyıq. Bizim də insan kimi yaşamağa haqqımız var".

Nahidə xanım ölkə başçısına saytımız vasitəsilə müraciət edərək kömək istədi: "Üç övladımla birlikdə neçə ildir bu dar otaqda yaşayıram. Böyük oğlum işləmir, balaca oğlum da əsgərdir. Bilmirəm necə edim. Bunların sabah evlənməyi var. Gəlini hara gətirim? Evdə işləyən təkcə mənəm. Qızım nişanlıdır. Qalmışıq tək başına çarəsiz. Heç yerdən köməyimiz yoxdur. Özüm xəstə adamam. Bir neçə dəfə əməliyyat keçirmişəm. Sizin vasitənizlə ölkə başçımız İlham Əliyevə, birinci xanımımız Mehriban Əliyevaya, Əli Həsənova müraciət edirəm, artıq dərəcədə xahiş edirəm mənə kömək etsinlər".



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler