» » Bakıda taksi sürücüləri turistləri belə aldadır

Bakıda taksi sürücüləri turistləri belə aldadır

Bölmə: Sosial
Bakıda taksi sürücüləri turistləri belə aldadır
Taksi sürücüləri hava limanında turistlərin “Bakubus” avtobuslarına minməsinə mane olur. “Xalqinfo” xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Mənsur Priyev sosial şəbəkədə yazıb.

O bildirib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BakıKart alaraq “BakuBus”a məxsus Hava limanı express xətt avtobusları ilə şəhərə gəlmək istəyən turistlərə taksi sürücüləri yerli-yersiz müdaxilələr edir. Onların ətəyindən yapışaraq, çantalarını məcbur götürərək dil tökür, ödəniş terminallarının işləmədiyini söyləyirlər:

“Əlbəttə taksi sürücüləri də öz xidmətlərini təklif edə bilər. Ancaq bu daha sivil və mədəni şəkildə, turustləri aldatmadan, onlara yalnış məlumatlar vermədən həyata keçirilməlidir. Baxmayaraq ki, onlar üçün xüsusi yer, hətta xətt də çəkilib ki, o xətti keçməsinlər. Ancaq turistlərə olan aşırı "sevgiləri" onları sakit buraxmır”.

Taksi sürücüləri tərəfindən turistlərə təklif olunan gediş haqqının miqdarı isə xeyli yuxarıdır. Bu rədəm 30-40 manat, bəzi hallarda isə 60 manata kimi yüksəlir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler