» » Nazir vətəndaşlarla görüşəcək

Nazir vətəndaşlarla görüşəcək

Bölmə: Sosial
Nazir vətəndaşlarla görüşəcəkPrezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov tərəfindən oktyabrın 29-da Füzuli rayonunun Horadiz şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qəbulda Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar İmişli regional ədliyyə şöbəsi (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, bina 12a; əlaqə telefonu: (02124) 6-12-13), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Füzuli rayonu Heydər Əliyev Mərkəzində (əlaqə telefonu: (055) 621-70-61) qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler