» » On altı yaşlı qızın “beş gəlin” verilişində nə işi var?

On altı yaşlı qızın “beş gəlin” verilişində nə işi var?

Bölmə: Sosial
On altı yaşlı qızın “beş gəlin” verilişində nə işi var?
Nərmin Dadaşova

Azərbaycan telekanalları başdan-ayağa bəla bəhridir, dərddir, ağrıdır, çərdir,çordur, yalodur. Arada mənə elə gəlir xüsusi olaraq ən istedadsız, ən bayağı adamları seçirlər televiziya üçün, anti reklamda bir reklamdır prinsipi ilə. Əl-əlbət ki, istisnalar da yox deyil. Ancaq iki cümləni yan-yana qoya bilməyən, dil qüsuru, beyin qüsuru, intellekt qüsuru olan bunca adamı bir araya toplayıb yaxşıları da it-bat eləyirlər aralarında.

Bir dəfə kanalları çevirəndə təsadüfən Türkiyə kanallarından birində evlilik verlişinə gözüm sataşdı. On doqquz yaşlı bir xanım özünə arzuladığı “ağ atlı şahzadə” haqqında danışırdı. Evlilikdən gözləntiləri, gələcək namizəddən tələbləri, gələcək planları haqqında o qədər sərbəst, o qədər səlist danışdı ki, matım-mutum qurudu. Bizim heç ali təsilli, illərdir əlində mikrafon girinc-giriftar qalmış aparıcılarımızın çoxusunda belə nitq, belə diksiya yoxdur, inanın mənə. Nitqi, səs tonu, danışıq qabiliyyəti o yana dursun, intellektual səviyələri sıfrın altında olan, həftənin beş günü canlı yayımda bazar söhbətləri edən aparıcılar sadalayaram sizə. Verlişlər oğurluq, senarilər oğurluq, geyimlər “varoş”, makiajlar Nazpəri Dostəliyeva, bircə beyinlərinin mənbəyi-mənşəyi bəlli deyil, qardaş.

Artıq ikinci sezondur ki, ATV telekanalı “misli-bərabəri” olmayan “beş gəlin” adlı verliş yayımlayır. Verlişin çox “ali” missiyası var, qızları gəlin olmağa, qaynana buyruğunda durmağa hazırlayırlar. Təsəvvür eləyin, on altı yaşlı qız, beş gəlin verlişinə qatılıb. Yemək bişirməyi, təmizlik etməyi, qısacası, buyruq qulu olmağı öyrənir. Ay adamlar, siz axı nə vermisiz Azərbaycan gəncliyinə ala bilmirsiz? On altı yaşlı uşaqdan niyə qadın düzəltməyə çalışırsız? Ümumiyyətlə, televiziyanı niyə bazara, mətbəxə, hamam-tualetə çevrmisiniz? İndi bilirsinizmi ki, cəmiyyətin sizə necə ehtiyacı var. Onlar bizim yazdıqlarımızı oxumurlar, oxuma vərdişləri yoxdur çünki, sizə ki baxırlar. Sizin ki, onların bir başa beyinlərinə, qulaqlarına girə bilmək kimi bir üstünlüyünüz var. Bu nə bayağılıqdır, bu nə ucuzluqdur, bu nə bazadır belə?

Siz Allah, kanalın İctimai-Siyasi Məsələlər və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Turanİbrahimovun verdiyi açıqlamaya baxın:

“…Evliliklər qısa müddətdə dağılır, səbəb səbəb evlənən qızların qayınanası ilə yola getməməsi, ev işlərini görə bilməməsidir. Biz də indidən onun təbliğatını aparırıq”.

Fəlakətdir. Kanal rəsmisi düşünür ki, evliliklərin dağılma səbəbi gəlinlərin qaynanaları ilə yola gedə bilməmələridir. Onlar da elə bir veriliş hazırlamaqla boşanmaların sayını azaltmağa çalışırlar. Gözlərim doldu, Turan bəy. Bu nə həssasiyyət.
Sizə haqqında tez-tez yazdığım sosial şəbəkələrin qadın qruplarının (sonuncu yazıdan sonra bir-neçəsi məni blok etdi. Heyif)

Dünən bir xanım sevgilisi haqqında status paylaşdı. Elə bil “google translate” ilə ingiliscədən dilimizə tərcümə edilmişdi cümlələr.Səviyyə sıfırın altında, sevgi bayağı, özünüifadə qeyri-etik… Normal ünsiyyət qurabilməyən, danışa, fikrini ifadə edə bilməyən adam kələm dolmasını yaxşı bişirsə nə olacaq, bişirməsə nə olacaq, Turan bəy? Niyə qadınları məişətin dibinə sürükləyirsiz? Əllərinə kitab yox, çömçə verirsiz? Niyə axı, nə səbəbə?


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler