» » Uşağınıza kompüter oyunlarını qadağan etməyin -

Uşağınıza kompüter oyunlarını qadağan etməyin - Şok araşdırma

Bölmə: Sosial, MARAQLI
Uşağınıza kompüter oyunlarını qadağan etməyin -
Bu, çox geniş yayılmış bir fikirdir ki, video oyunları bizim beynimizi çürüdür. Əslində isə bunun klişe olduğunu hamımız bilirik. Üstəlik, elmi araşdırmalar da sübut edib ki, hər gün oyun oynamaq akademik səviyyədəki artışla birbaşa bağlıdır. Xalqinfo.az bu araşdırmanın detallarını təqdim edir.

Avstraliyada 12.000-dən artıq lisey şagirdini əhatə edən bu araşdırma zamanı üzə çıxıb ki, sistemli olaraq aktiv video oyunları oynamış şagirdlər oynamamış həmyaşıdları ilə müqayisədə riyaziyyat, oxu və ana dili testlərində daha yüksək xal əldə edirlər. Melbörndəki RMIT Universitetindən iqtisadçı Alberto Posso aşağıdakıları deyir: “Demək olar ki, hər gün aktiv şəkildə kompüter oyunları oynayan tələbələr riyaziyyatdan orta baldan 15 bal daha artıq qazanılar. Azərbaycan dilindən isə bu göstərici orta baldan 17 bal daha artıqdır. Çevrim içi kompüter oyunları oynayanda, sonrakı səviyyələrə keçmək üçün tapmaca tapırsız və bu əməliyyatlar gün ərzində öyrəndiyiniz riyaziyyat, oxuma və dil-ədəbiyyatdakı ümumi məlumat, bacarıqların bəzilərindən istifadəni əhatə edir”.

Araşdırma çərçivəsində 2012-ci ildə 700-dən artıq məktəbdəki tələbələr test edilib və onların şəxsi maraq, kompüter arxasında nə qədər vaxt keçirmələri ilə bağlı məlumatlar toplanıb. Məlum olub ki, müntəzəm olaraq internetdə oyunlar oynayan tələbələrin analitik və problem həll etmə bacarıqları inkişaf edib.

Uşağınıza kompüter oyunlarını qadağan etməyin -

Alimlərin gəldiyi nəticəyə görə, oyun oynayan uşaqlar bəzi oyunlarda hətta kimyanın da qanunlarını bilməlidilər. Bu səbəbdən də onlar həqiqi elmi anlamağa məcburdular. Psixoloqlar da sübut edib ki, bir çox sayda video oyunlar uşaqların kəşf və analiz etmə qabiliyyətini də inkişaf etdirir.

Amma internetdən istifadənin bütün növləri faydalı sayılmır. Məsələn, hər gün Facebook və digər sosial media şəbəkələrində vaxt keçirən şagird-tələbələr bunu etməyənlərlə müqayisədə 20 xal geridə qalırlar. Araşdırma müəlliflərindən olan Posso, ABC-yə açıqlamasında bunları deyib: “Facebook-dan istifadə edərək həqiqətən hansısa problemi yoluna qoya bilməzsiniz. Sosial mediada sərf olunan vaxt təkcə akademik olaraq itirilən vaxt deyil. Sosial mediadan istifadə edən bir çox istifadəçilər məktəb tapşırıqlarının çox çətin olduğunu düşündükləri üçün Facebook kimi yerlərə yönəlirlər. Onlar bəzi fənlərdə əziyyət çəkdikləri halda, bunun əvəzinə sosiallaşmağa meyl edirlər. Müəllimlər həmin şagirdlərini yenidən qazanmaq üçün onlarla Facebook üzərindən ünsiyyət yaradıb, dərsə olan maraqlarını hansısa formada artıra bilər”.

Uşağınıza kompüter oyunlarını qadağan etməyin -

Araşdırmada iştirak etməyən İngiltərədəki Bath Spa Universitetinin alimi, biologiya üzrə psixoloq Peter Etchells, “The Guardian”a açıqlamasında isə bunu deyib: “Uşaqların oyun oynamaları ilə akademik uğurları arasında bir əlaqənin qurulması olduqca müsbət haldır. Amma ondan öncə bu şagirdlərin necə və niyə video oyunları oynadığını daha yaxşı araşdırmalıyıq. Mənim fikrimcə, bu, daha yüksək səviyyəli bir araşdırma olmalıdır”.

Uşağınıza kompüter oyunlarını qadağan etməyin -

Son zamanlarda həyata keçirilən araşdırmalarda isə sübut olunub ki, oyun oynamaq öyrənmə qabiliyyətinin, yaddaş gücünün və beyindəki axtarış sürətinin də inkişafına müsbət təsir göstərir. Hətta oyun oynamaq beyin yaralanmalarından qurtulmaq üçün də ümid verir.
Bu səbəbdən də alimlər tam olaraq beynimizdə nələr baş verdiyini araşdırarkən, ən azından oyun oynamanın böyük ehtimalla bizə zərərdən çox fayda verdiyini ortaya çıxarmış oldu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler