» » 2543 abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib

2543 abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib

Bölmə: Sosial
2543 abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib
2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Daxil olan məlumata görə, orta ixtisas təhsili müəssisələrinin 1412 boş qalan plan yeri müsabiqəyə çıxarılıb və 6 sentyabr saat 8:45-ə olan məlumata əsasən 2543 abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib.

Hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər boş qalan plan yerlərinin ixtisas seçiminə buraxılmırlar.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib onları http://eservices.dim.gov.az/erizebak/ixtisas3 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler