» » İcra Hakimiyyəti aztəminatlı ailələrə bayram sovqatı payladı

İcra Hakimiyyəti aztəminatlı ailələrə bayram sovqatı payladı

Bölmə: Sosial
İcra Hakimiyyəti aztəminatlı ailələrə bayram sovqatı payladı
Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.

İH-dən daxil olan xəbərə görə, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə aztəminatlı ailələri təbrik edib, onlara cansağlığı və uzun ömür arzulayıb. G.İsrafilova ölkə rəhbərliyi tərəfindən Azərbaycanda həyata keçirilən sosial siyasətin əhalinin sosial müdafiəsinə, xüsusilə də aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaratdığını diqqətə çatdırıb.

Sonra aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.

Bayram sovqatı alan ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler