» » İki yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı, sağ qaldı - Mingəçevirdə

İki yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı, sağ qaldı - Mingəçevirdə

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
İki yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı, sağ qaldı - Mingəçevirdə
Mingəçevir şəhərində ehtiyatsızlıq nəticəsində dördüncü mərtəbədən yıxılan körpə sağ qalıb.

“Xalqinfo” “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi 16, mənzil 57-də baş verib.

2015-ci il təvəllüdlü Yevlax rayon Havarlı kənd sakini Şərifov Murad Məhəmməd oğlu qonaq gəldikləri beşmərtəbəli binanın 4-cü mərtəbəsindəki evin eyvanından yerə yıxılıb. Yaralı körpə dərhal həmin binanın önündə yerləşən şəhər xəstəxanasına çatdırılıb.

İlkin müayinələr zamanı bir sıra sınıqlar aşkar olunub. Tibbi yardım alan iki yaşlı körpə Reanimasiya şöbəsinə yerləşdirilib.

Əldə olunan məlumata görə, uşağın həyatı üçün heç bir təhlükə yoxdur.

Şahidlər Murad Şərifovun yerə pəncərə torunun üzərində düşdüyünü, bu səbəbdən də ölümcül xəsarət almadığını bildiriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler