» » Sosial şəbəkələrdə “İlham Əliyevin dostları” səhifəsi yaradıldı

Sosial şəbəkələrdə “İlham Əliyevin dostları” səhifəsi yaradıldı

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Sosial şəbəkələrdə “İlham Əliyevin dostları” səhifəsi yaradıldı
Bir qrup Azərbaycan jurnalisti sosial şəbəkələrdə yeni təşəbbüslə çıxış edib. Onlar “İlham Əliyevin dostları” səhifəsini yaradıblar. “Facebook” və “İnstagram”da, eyni zamanda, “Twitter”dəki hesablarda Azərbaycan Prezidentinin jurnalistlərlə görüşləri, kütləvi informasiya vasitələri işçilərinin sosial müdafiəsini yaxşılaşdırmaq üçün görülən işlər, eləcə də dövlətimizin başçısı barədə jurnalistlərin qələmə aldıqları yazılar yerləşdirilir.

Azərbaycan Mətbuat Şurasından “Qafqazinfo”ya verilən məlumata görə, səhifələrin əsas məqsədi Prezident İlham Əliyevin media sahəsindəki strategiyasını təbliğ etmək, ümumən mövcud istiqamətdəki dövlət siyasəti ilə bağlı ortaq informasiya platforması yaratmaqdan ibarətdir.

Fəaliyyət göstərdiyi qısa müddətdə “İlham Əliyevin dostları” “Facebook” səhifəsini bu sosial şəbəkənin minlərlə istifadəçisi ziyarət edib və bəyənib. “Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin dostu olmaqla yanaşı, ölkədə söz və ifadə azadlığının qorunmasının ən böyük təminatçısıdır”, - deyə səhifənin təqdimat bölümündə bildirilir.

“Prezidentimizi sevmək, dövlətə və dövlətçiliyə sədaqət göstərmək ümdə borcumuzdur”, “Dövlət başçısının jurnalistlərin dostu olması mətbuatın ən böyük uduşudur”, “Dost olmaq da ayrı bir qürurdur!”- səhifənin dəyərləndirmələr bölməsində jurnalistlər Azərbaycan Prezidentini medianın dostu seçilməsini belə şərh edirlər.

Səhifədə, həmçinin dövlət başçısının fəaliyyətini əks etdirən fotoalbomlar və müxtəlif KİV-lərdə dərc edilmiş materiallar da yer alıb. Təşəbbüsçülər öz həmkarlarını mövcud səhifənin konsepsiyasına zidd olmayan materiallar paylaşmağa, şərhlər yazmağa, diskussiyalara qatılmağa dəvət edirlər. Səhifədə artıq Prezidentin rəsmi saytına istinadən məktublar, sənədlər, müxtəlif KİV-lərdə dərc olunmuş və mətbuata dövlət qayğısını əks etdirən yazılar da yerləşdirilib.

Azərbaycan Mətbuat Şurası ölkə mediasının və ictimaiyyətinin nümayəndələrini jurnalistlərin bu təşəbbüsünə qoşulmağa, səhifələrdə fəal şəkildə öz fikirlərini bildirməyə, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin media siyasətini dəstəkləməyə çağırır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler