» » 40 min müəllimin əmək haqqı artırılacaq


40 min müəllimin əmək haqqı artırılacaq

Bölmə: Sosial
40 min müəllimin əmək haqqı artırılacaq
“Azərbaycanda diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqı mərhələ-mərhələ artırılıb. Yalnız 2017-ci ilin aprel-may ayları ərzində keçirilən qiymətləndirmədə iştirak edənlərin əmək haqqı 2018-ci ilin yanvar ayından artırılacaq”.

“Xalqinfo” APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, əmək haqqının artımı 40%-ə yaxın olacaq.

Nazirlik rəsmisi qeyd edib ki, bununla da 2018-ci ilin yanvarından artıq bütün ölkə üzrə müəllimlər artımla əmək haqqı alacaq:

“Bu günə kimi əmək haqqı artırılan müəllimlərin sayı 90 mindir. Qalan 40 minə yaxın müəllimin əmək haqqı isə yanvardan artırılacaq”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler