» » Bakıda qadının aldığı ev başqasına satıldı -

Bakıda qadının aldığı ev başqasına satıldı - Mənzil alarkən diqqətli olun!

Bölmə: Sosial
Bakıda qadının aldığı ev başqasına satıldı -
2014-cü ildə Bakıdakı tikinti şirkətlərinin birindən ev alan Yaqut Yusifova 3 ildir nə aldığı evə köçə, nə də ödədiyi pulu geri ala bilir.

ARB TV xəbər verir ki, mənzili aldıqdan 1 il sonra məlum olub ki, həmin ev 2007-ci ildə başqa bir şəxsə satılıb.

Zərəçəkən mövcud problemlə bağlı məhkəməyə müraciət edib. Məhkəmənin verdiyi qərardan 5 ay keçsə də şirkət zərərçəkəndən aldığı 51500 manat məbləğində pulu geri qaytarmır.

Yaqur Yusifova – Zərərçəkən: “Mən dedim ki, 2 aya kimi təhvil verin mən içinə yığılım. Dedilər ki, qışda təmir getməyəcək, yaz qabağı gələrsiz. Məni 1 il belə safdırdılar. Yaz qabağı gəldi, indi olmadı, biraz getdi, gördük ki, evin problemləri var hələ gecdir”.

Yaqut Yusifova dəfələrlə özünü şirkət direktoru kimi təqdim edən Aqil Məmmədova müraciət etsə də nəticəsiz qalıb. Səbəb kimi şirkətin hesabında pul olmadığı göstərilir. Mütəxəssislər şirkət rəhbərinin məhkəmənin qərarını icra etmək məcburiyyətində olduğunu deyir.

Ekspertlər bu kimi halların artmasına səbəb kimi işini bacara bilməyənlərin tikinti sektoruna daxil olmalarını göstərirlər.

Bu cür hallardan sığortalanmaq üçün şirkət və vətəndaş arasında müqavilənin notarial qaydada bağlanması mütləqdir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler