» » Əhəd Abıyev təcili Almaniyaya aparıldı

Əhəd Abıyev təcili Almaniyaya aparıldı

Bölmə: Sosial, MANŞET
Əhəd Abıyev təcili Almaniyaya aparıldı
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlər yaranıb.

Xalqinfo” Yenicag.az-a istinadən xəbər verir ki, Ə.Abıyevin səhhəti pisləşdiyi üçün təcili olaraq Almaniyaya aparılıb. Bir həftədən çoxdur Almaniyada müalicə olunan icra başçısının səhhəti ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyil. İcra başçısı ona edilən telefon zənglərini cavabsız qoyur.

Məsələ burasındadır ki, Əhəd Abıyev bir müddət öncə Gəncədəki özəl xəstəxanaların birində ürəyindən əməliyyat olunub. Lakin əməliyyatı uğursuz keçdiyindən, icra başçısının vəziyyəti daha da kritikləşib.

Qeyd edək ki, Ə.Abıyev 3 çağırış millət vəkili olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler