» » Nəqliyyat Nazirliyinin “dayanacaq böhranı” -

Nəqliyyat Nazirliyinin “dayanacaq böhranı” - Fotolar

Bölmə: Sosial, BLOK XƏBƏR
Nəqliyyat Nazirliyinin “dayanacaq böhranı” -

215 saylı marşrutun 3 kilometrlik hissəsində bir ədəd də olsun dayanacaq qoyulmayıb

Abşeron rayonunun Masazır qəsəbəsində ötən ilin avqustunda istifadəyə verilmiş məcburi köçkün şəhərciyinin ictimai nəqliyyat problemi hələ də həll olunmamış qalır. Belə ki, 760 ailənin məskunlaşdığı 13 ədəd beşmərtəbəli binadan ibarət şəhərciyin qarşısındakı boş sahədə «Memar Əcəmi - Masazır» xətti üzrə 215 saylı marşrutun dispetçer məntəqəsi yaradılsa da, bu ərazidə bir ədəd belə, sərnişin dayanacağı quraşdırılmayıb. Bu isə əsasən Zəngilandan olan məcburi köçkünlərin məskunlaşdığı şəhərciyin qarşısında avtobus gözləyən sərnişinlər üçün ciddi problemlər yaradır. Belə ki, şəhərcikdən metronun “20 Yanvar” və ya “Memar Əcəmi” stansiyasına gəlmək istəyən sərnişinlər 30-40 dəqiqə ərzində yol kənarında yağışın, küləyin qabağında avtobus gözləyirlər.

Belə bir vəziyyəti «Həftə içi»nin ərazidə sakinlərin müraciətini araşdıran əməkdaşı da müşahidə edib. Hətta məcburi köçkünlərin çoxsaylı müraciətlərindən sonra Nəqliyyat Nazirliyinin nümayəndələri əraziyə baxış keçirsələr belə, Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən sifarişlərin verilməməsi ucbatından həm avtobusları gözləyən, həm də avtobuslardan düşən sərnişinlər üçün dayanacaqlar quraşdırılmayıb. Ona görə də qarlı-şaxtalı, küləkli və qızmar havada avtobus gözləyən sərnişinlər xəstəliklərə daha tez yoluxur. Sakinlər deyirlər ki, onlar dəfələrlə yerli icra hakimiyyətinə müraciət ediblər. Amma onların müraciətlərinə müsbət cavab verilməyib.

Hazırda həmin ünvanda fəaliyyət göstərən Zəngilan Rayon İcra Hakimiyyətində də sakinlərin şikayətlərindən xəbərdardırlar. İcra hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Salam Cavadov «Həftə içi»nə açıqlamasında bildirir ki, “Qurtuluş-93” yaşayış massivindən məcburi köçkünlərin yaşadığı şəhərciyədək olan 3 kilometlik ərazidə bir ədəd də olsun, avtobus dayanacağı yoxdur. O, sərnişinlər üçün avtobus dayanacaqlarının kömplekslərinin quraşdırılmasının ciddi problemə çevrildiyini də vurğulayır. Onun sözlərinə görə, yerli icra hakimiyyətində bu məsələ dəfələrlə gündəmə gətirilib və müzakirə olunub. Hətta Zəngilan Rayon İcra Hakimiyyəti həmin problemin həlli üçün Nəqliyyat Nazirliyinə müraciət edib: «Nazirliyin nümayəndələri baxış keçirdilər. Bildirdilər ki, dayanacaq köşklərinin quraşdırılması üçün kifayət qədər maliyyə vəsaiti lazımdır. Ancaq bu məsələ nazirlik səviyyəsində müzakirə olunmalı və qərar qəbul edilməlidir. Biz həmin nümayəndələrə təklif etdik ki, avtomobil yolunun hər iki tərəfində öz şəxsi vəsaitimiz hesabına primitiv də olsa, dayanacaqlar quraşdıraq. Amma onlar razılıq vermədilər. Ona görə də problem həll olunmamış qalır. Bunun əziyyətini isə yenə də sadə camaat çəkir».

Sektor müdiri deyir ki, şəhərcik yüksək coğrafi ərazidə, “Duz gölü”nün kənarında yerləşdiyindən ilin bütün fəsillərində burada güclü külək əsir. Belə hava şəraiti avtomobil yolunun kənarında avtobus gözləyən sərnişinlər üçün əlavə çətinliklər yaradır: «Buranın havası çox sərtdir, külək və qasırğa tutan yerdir. Üstəlik “Duz gölü”ndən gələn külək çox acı təsir bağışlayır. Bütün bunlar açıq havada avtobus gözləyən insanların sağlamlığını təhlükə altında qoyur”.

Salam Cavadov vurğulayır ki, yaranmış vəziyyət Zəngilan Rayon İcra Hakimiyyətinin rəhbərliyini ciddi narahat edir. Amma bu problemin həlli onlardan asılı deyil: «Biz öz üzərimizə düşən vəzifəni yerinə yetirərək, bu problemi tez-tez gündəmə gətiririk və Nəqliyyat Nazirliyi qarşısında məsələ qaldırırıq. Xahiş edirik ki, Nəqliyyat Nazirliyi bu problemin çözülməsində bizə lazımi dəstək göstərsinlər».

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən isə dedilər ki, sualımızı yalnız qurumun rəhbəri Namiq Həsənov cavablandıra bilər. Ancaq xidmət rəhbəri xəstələndiyi və müalicə olunduğu üçün işə çıxmır. Ona görə də sualımız cavabsız qalacaq.

Nəqliyyat Nazirliyinin “dayanacaq böhranı” -
Nəqliyyat Nazirliyinin “dayanacaq böhranı” -
Nəqliyyat Nazirliyinin “dayanacaq böhranı” -
Nəqliyyat Nazirliyinin “dayanacaq böhranı” -
Nəqliyyat Nazirliyinin “dayanacaq böhranı” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler