» » Özəl universitetlərdə tələbələrə hansı güzəştlər var...

Özəl universitetlərdə tələbələrə hansı güzəştlər var...

Bölmə: Sosial
Özəl universitetlərdə tələbələrə hansı güzəştlər var...
Bu gün Azərbaycandakı ali təhsil müəssisələrində xeyli sayda valideyn himayəsindən məhrum , kimsəsiz, maddi çətinliyi olan tələbə oxuyur. Test üsulu ilə ali məktəblərə qəbul olunan belə tələbələrin başqa həmyaşıdları ilə müqayisədə daha çox mənəvi və maddi dəstəyə ehtiyacı var.

Bəzi dövlət universitetlərində bu cür tələbələr üçün müəyyən güzəştlərin mövcud olduğunu bilirik. Maraqlıdır, özəl universitetlərdə vəziyyət necədir? Tələbələr üçün hansı güzəştlər nəzərdə tutulub?

Modern.az saytı bu sualla bir neçə özəl ali təhsil ocaqlarına müraciət edib.

Qərb Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vüsal Məmmədov universitetdə tələbələr üçün müəyyən güzəştlər nəzərdə tutulduğunu bildirib:
“Qərb Universiteti yüksək balla qəbul olan tələbələrə topladıqları baldan asılı olaraq təhsil haqlarında 10 faizdən 100 faizədək güzəştlər edir.
Yüksək qiymətlərlə oxuyan tələbələr isə təqaüdlər alırlar.

Bundan əlavə, bilirsiniz ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil və ya şəhid olmuş şəxslərin övladları pulsuz təhsil hüququna malikdirlər”.

“Odlar Yurdu” Universitetinin mətbuat katibi Günay İmanova universitetdə tələbələr üçün tətbiq edilən güzəştlərdən ətraflı söz açıb:

“600-dən artıq bal toplayıb Odlar Yurdu Universitetinə daxil olacaq bütün abituriyentlər təhsil haqqından tam azad olunacaqlar. 500-dən artıq bal toplayıb Odlar Yurdu Universitetinə daxil olacaq abituriyentlərin illik təhsil haqqının 50%-i (1000 AZN) , 400-dən artıq bal toplayanların təhsil haqqının 25%-i (500 AZN), 300-dən artıq bal toplayanların təhsil haqqının 10%-i (200 AZN) Odlar Yurdu Universitetinin Fondu tərəfindən qarşılanacaq.

Bundan əlavə, 600 baldan çox toplayan bütün abituriyentlər aylıq 200 AZN təqaüdlə təmin edilir.

Qeyd edim ki, Odlar Yurdu Universitetində bakalavr, magistr və doktorantura pillələri üzrə illik təhsil haqqı 2000 AZN təşkil edir”.

Bakı Avrasiya Universitetinin mətbuat şöbəsinin rəhbəri Şəfayət Əliyevin sözlərinə görə universitetdə təhsil haqları endirilməklə yanaşı, digər güzəştlər də mövcuddur:
“Bakı Avrasiya Universiteti 2017-2019-ci il tədris ili üçün təhsil haqlarını minimuma endirib. İxtisasdan asılı olaraq təhsil haqqı 1600-1700 manat təşkil edir. O cümlədən 400-500 bal yığıb bizim universiteti seçən tələbələr təhsil haqqından 30 faiz güzəşt əldə edəcək. 500 baldan yuxarı nəticə göstərən tələbələr isə birinci kurs üçün təhsil haqqından azaddırlar. Bu barədə “Abituriyent” jurnalında elan da vermişik.

Digər güzəştlər isə təhsil müddətində tələbələrin göstərdikləri akademik müvəffəqiyyətdən asılı olacaq. İndiyə qədər bizdə təhsil alan müxtəlif kateqoriyalara aid olan tələbələrimizə universitetin daxili imkanları hesabına güzəştlər edilib. O ki qaldı ailə başçısını itirmiş və ona bərabər tutulan ailələrin, o cümlədən şəhid ailələrinin və müharibə əlillərinin övladlarına universitetimizə daxil olmaqla təhsil haqlarından azaddırlar”.

Xəzər Universitetində də tələbələr üçün müəyyən güzəştlər nəzərdə tutulub və onlarla bağlı müxtəlif maliyyə yardımı proqramları mövcuddur. Bunlar təhsil haqqının ödənilməsində olan güzəştlər, təqaüdlər formasında həyata keçirilir.

Belə ki, əgər tələbə qəbul imtаhаnlаrındа 500 və dаhа çох bаl tоplаyıbsa, vаlidеynlərin biri və yа hər ikisi Xəzərdə işləyirsə, bir аilədən iki və dаhа çох tələbə Xəzərdə təhsil аlırsа, hər iki vаlidеynindən məhrum оlubsa, univеrsitetdə təhsil аldığı dövrdə, gözlənilməz hаdisə nəticəsində (məsələn, qəflətən vаlidеynini itirməsi və. s) mаddi köməyə хüsusi еhtiyаc yaranarsa, tələbəyə təhsil hаqqının ödənilməsində müхtəlif güzəşt fоrmаlаrı tətbiq еdilir.

Azərbaycan Kooperasiya Universitetinə qəbul olan tələbələrin dərs ili ərzində tədris olunan bütün fənnlər üzrə qiymət göstəriciləri əla olarsa, illik təhsil haqqından tam azad edilir və aylıq 100 AZN təqaüd verilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler