» » Kollecə qəbul olmaq istəyənlərin nəzərinə

Kollecə qəbul olmaq istəyənlərin nəzərinə

Bölmə: Sosial
Kollecə qəbul olmaq istəyənlərin nəzərinə
Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 6 avqust tarixində saat 23:59-da başa çatır.
Dövlət İmtahan Mərkəzindən Xalqinfo.az-a verilən məlumata görə, qeyd olunan vaxta kimi ixtisas seçimi edib təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi iyulun 25-dən avqustun 6-dək internet vasitəsilə həyata keçirilir.

Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak etmiş və tələb olunan müsabiqə şərtlərini ödəmiş cari ilin məzunları avqustun 6-dək qeydiyyatdan keçib ixtisas seçimində iştirak edə bilərlər.

İxtisas seçiminə buraxılış imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler