» » Bu il 260 əlilliyi olan şəxs münasib işlərlə təmin olunub

Bu il 260 əlilliyi olan şəxs münasib işlərlə təmin olunub

Bölmə: Sosial
Bu il 260 əlilliyi olan şəxs münasib işlərlə təmin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən əlilliyi olan şəxslərin məşğulluğunun təminatı işləri davam etdirilir.

Xalqinfo.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Xidmətin həyata keçirdiyi aktiv məşğulluq tədbirləri nəticəsində 260 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin olunub.

Nazirlər Kabinetinin "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası" əsasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün idarə, müəssisə və təşkilatlarda kvota üzrə iş yerləri ayrılır. Əlilliyi olan şəxslər də həmin vətəndaşların kateqoriyasına aiddirlər və bu ilin 6 ayında Xidmət tərəfindən işlə təminatı həyata keçirilən əlilliyi olan şəxslərdən 89 nəfərinin kvota üzrə iş yerlərində məşğulluğu təmin olunub.

Bu il nazirliyin xətti ilə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlər sırasında əlilliyi olan şəxslərin sayı isə 212 nəfər olub. Onlardan 62 nəfəri üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Qalan 150 nəfər isə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığına cəlb olunub. Kursları bitirənlər peşə sertifikatları ilə təmin edilməklə, onların yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün də nazirliyin məşğulluq orqanları tərəfindən müvafiq işlər aparılıb.

Ümumilikdə cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 33 654 nəfər işsiz və iş axtaran vətəndaş münasib işlərlə təmin edilib, 2 406 nəfər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler