Sürücülərin cərimələnməsinə başlanıldı - VideoBölmə: Sosial
Səhər saatlarında saray postunda yol polisi bir neçə belə sürücü aşkar edərək onlara yerindəcə elektron protokol tərtib edib. Xalqinfo.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, hələ 3 ay əvvəldən sürücülərə avtomobillərini texniki baxışdan keçirmələrinə dair xəbərdarlıq edilmişdi. Amma görünən odur ki, buna məhəl qoymayan sürücülər hələ də var. Dövlət Yol Polis İdarəsinin ''Saray'' postunda keçirilən reyd bunu deməyə əsas verir. Qeyd edək ki, xarici ölkə istehsalı olan minik avtomobilləri 1 may-31 iyul tarixləri aralığında texniki baxışdan keçməlidir. Hətta bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi dəfələrlə sürücülərə xəbərdarlıq da edib. Bir saat ərzində postda təxminən 10-a yaxın belə sürücü aşkar edildi. Onların əksəriyyəti texniki baxışın bitmə tarixindən xəbərsiz olduqlarını bəhanə gətirdilər. Amma bu, onları məsuliyyətdən azad etmədi. Qeyd edək ki, bu gündən etibarən texniki baxışdan keçmədən nəqliyyat vasitəsinin idarə edilməsinə görə, fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunacaqlar. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|