» » Novxanıdakı restoran şortik geyinən müştərilərə qadağa qoydu

Novxanıdakı restoran şortik geyinən müştərilərə qadağa qoydu

Bölmə: Sosial
Novxanıdakı restoran şortik geyinən müştərilərə qadağa qoydu
Novxanıdakı “Amore” restoranı şortik geyinən müştəriləri içəri buraxmır. Restoranın bu qərarı sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

Restoranın administratoru Zaur Cəfərov deyib ki, “Amore” ailəvi məkandır, hamı ailə, uşağı ilə gəlib oturur: “Narazılıqlar olur, buna görə də şortik geyinənlərə qadağa qoymuşuq. Müştərilərimizin 80 faizi bu qaydanı bəyənir, deyirlər çox gözəldir. Təkcə şortiklə gələnləri yox, heyvan gətirənləri də, cavan uşaqları da buraxmırıq. Onlar üçün qıraqda yerlər var, ora getsinlər”.

Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalov isə restoranın baykot edilməsini təklif edib: “Bəs orda oturanlar yaxınlıqlarında dənizdə çimənləri görmürlər? Məsələn, “Sun Set”ə girən kimi gətirib stol qoyub deyirlər ki, “yesən də, yeməsən də 10 manatdı”. Bu kimi məsələlər özbaşınalıqdır, bu formada turizmi inkişaf etdirə bilmərik. Prezident sərəncam verir, təşəbbüs göstərir ki, turist axını olsun, ölkəyə xarici valyuta gəlsin. Amma biz bu cür xidmətlərlə bunu bacarmayacağıq. İnsanlar nəyə qadağa qoyduqlarını bilmirlər. Bolqarıstanın Bakı kimi dəniz kənarında yerləşən Varna şəhərində insanlar çimərlik paltarında küçələrdə gəzir, amma heç kim onlara bir söz demir.

Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu qadağadan sonra insanlar o məkanı boykot etməlidir: “Bəs orda oturanlar yaxınlıqlarında dənizdə çimənləri görmürlər? Məsələn, “Sun Set”ə girən kimi gətirib stol qoyub deyirlər ki, “yesən də, yeməsən də 10 manatdı”. Bu kimi məsələlər özbaşınalıqdır, bu formada turizmi inkişaf etdirə bilmərik. Prezident sərəncam verir, təşəbbüs göstərir ki, turist axını olsun, ölkəyə xarici valyuta gəlsin. Amma biz bu cür xidmətlərlə bunu bacarmayacağıq. İnsanlar nəyə qadağa qoyduqlarını bilmirlər. Bolqarıstanın Bakı kimi dəniz kənarında yerləşən Varna şəhərində insanlar çimərlik paltarında küçələrdə gəzir, amma heç kim onlara bir söz demir”.

B.Bilalov deyib ki, Azərbaycanda maarifləndirmə işləri aparılmalıdır: “Bu nə deməkdir ki, dənizin qırağında şortiklə istirahət mərkəzinin həyətinə girmək olmaz? Bəlkə bir qayda da qoysunlar ki, ora girənlərin gözlərini bağlasınlar. Qoy, dənizdə çimənləri görməsinlər. Onda gedib meşənin içində istirahət mərkəzi açıb ora gələnlərə kostyum geyinməyi tələb etsinlər. Çimərlikdə şortiklə gəzmək olmaz nonsensdir, yeni Azərbaycansayağı xidmətdir. Bu məkanların absurd qadağalarını mediada, sosial şəbəkələrdə yaymaq lazımdır ki, qoy, insanlar ora getməsin, onlar da gəlirlərindən məhrum olsunlar. Onda nəyə qadağa qoyduqlarını fikirləşərlər”. (Qafqazinfo.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler