» » “Lider”də nə baş verir? - Lamiyə işdən çıxdı + Yenilənib

“Lider”də nə baş verir? - Lamiyə işdən çıxdı + Yenilənib

Bölmə: Sosial, MANŞET
“Lider”də nə baş verir? - Lamiyə işdən çıxdı + Yenilənib
Aparıcı Lamiyyə Ələkbərqızının uzun illərdir çalışdığı “Lider” telekanalı ilə yollarını ayırdığı xəbəri yayılıb.

Xalqinfo” axşam.az-a istinadən xəbər verir ki, sözügedən telekanalda həm də direktor müavini kimi fəaliyyət göstərən aparıcı artıq ərizəsini də yazıb.

Aparıcı ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab vermədi. Onun hazırda məzuniyyətdə olduğunu öyrəndik. Bəzi mənbələr isə L.Ələkbərqızının çəkilişlərdə olduğunu söyləyib.

Qeyd edək ki, telekanalın rəhbəri Ədalət Əliyev sosial şəbəkədə etdiyi paylaşımla hər kəsi təəccübləndirib. O, İnstaqramda “Lider” telekanalı adından açılan saxta profillərə qarşı mübarizə apardıqlarını vurğulayıb. Ə.Əliyev rəsmi İnstaqram səhifələrini paylaşaraq “Saxta profillərə abunə olmayın. Onlara qarşı istintaq işi açılıb" sözlərini yazıb.

Xatırladaq ki, L.Ələkbərqızı əvvəl AzTV-də fəaliyyət göstərib. 11 ildir "Lider" telekanalında çalışır.

***

Mövzu ilə bağlı L. Ələkbərqızının mövqeyini öyrənmək istədə də, aparıcı xəbəri nə təsdiq, nə də təkzib edib.

***

Əldə olunan məlumata görə, L. Ələkbərova ilə rəhbərlik arasında narazılıq yaranıb, mübahisə düşüb. O, öz istəyi ilə ərizəsini yazaraq Lider TV ilə yollarını ayırıb.

***

Lider TV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu, kanalın daxili işidir:

“İşçi qəbulu və ya hansısa işçinin işdən azad edilməsi məsələsi Lider TV-nin daxili işidir. Bir işçisinin hansı səbəbdən işdən çıxarılması və ya işə götürülməsiylə bağlı hesabat və ya açıqlama verməyi düşünmürük”.

“Lider”də nə baş verir? - Lamiyə işdən çıxdı + Yenilənib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler