» » Daşkəsən sakinlərinin su problemi həllini tapır -

Daşkəsən sakinlərinin su problemi həllini tapır - Foto

Bölmə: Sosial
Daşkəsən sakinlərinin su problemi həllini tapır -
Yaponiya hökumətinin maliyyə dəstəyi ilə reallaşdırılan “Yuxarı Daşkəsən qəsəbəsi üçün su təchizatı sisteminin inşası” layihəsi başa çatıb.

Xalqinfo.az xəbər verir ki, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, həmçinin səfirliyin nümayəndələri, QHT əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Teruyuki Katori məlumat verib ki, icrası başa çatdırılan layihə üzrə qrant müqaviləsi bu il martın 6-da Yaponiya səfirliyi ilə “Konstitusiya Araşdırmalar Fondu” arasında imzalanıb. Layihənin həyata keçirilməsində məqsəd Yuxarı Daşkəsən qəsəbə sakinlərinin içməli suya olan tələbatını ödəməkdir.

Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev isə çıxışında Daşkəsəndə həyata keçirilən sosial layihələrdən danışıb, Yuxarı Daşkəsən qəsəbəsinin sakinlərini su təchizatı sisteminin inşa olunması münasibətilə təbrik edib.

Qeyd edilib ki, layihə çərçivəsində 8,1 kilometr su xətti, su anbarı, 30 ton həcmində rezervuar və 3 su bulağından ibarət yeni su təchizatı sistemi tikilib. Yeni layihənin istifadəyə verilməsi ilə 3 min rayon sakininin içməli su təchizatı yaxşılaşacaq. Layihənin ümumi dəyəri 82,765 min ABŞ dolları təşkil edir.

Daşkəsən sakinlərinin su problemi həllini tapır -
Daşkəsən sakinlərinin su problemi həllini tapır -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler