» » “İşləri Azərbaycandan icra edəcəm”

“İşləri Azərbaycandan icra edəcəm” Günay Həsənova

Bölmə: Sosial
“İşləri Azərbaycandan icra edəcəm”
Dünya Azərbaycanlıları Assambleyasının tərkibində insan haqları, layihə menecmenti və beynəlxalq əməkdaşlıq komitəsi yaradılıb.

Qurum rəhbərinin qərarı ilə Günay Həsənova yeni komitənin rəhbəri təyin olunub. G.Həsənova təyinatı ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.
O, təyinatdan sonra Azərbaycanı tərk etməyəcəyini vurğulayıb:

“Mən hazırda Azərbaycandayam, deputat Cavanşir Feyziyevin köməkçisiyəm. Rəşad bəyin təklifilə bu vəzifəyə təyin olundum. Amma razılaşmamıza görə, mən üzərimə düşən öhdəlikləri Azərbaycandan icra edəcəyəm. Bəzi işlərimiz mən işimlə əlaqədar xaricə gedən zaman həyata keçiriləcək”.

Komitə rəhbəri qeyd edib ki, hazırda başqa bir ölkəyə köçmək planı yoxdur.

Günay Həsənova BDU-nun beynəlxalq iqtisadi münasibətlər (bakalavr), ADA Universiteti beynəlxalq münasibətlər (magistratura) bölümünü bitirib,bir müddət Azeri News Agentliyində, daha sonra Avropa Komissiyasının Azərbaycan təmsilçiliyində, Milli Məclisdə müxtəlif vəzifələrdə işləyib. Hazırda isə Milli Məclisin deputatı Cavanşir Feyziyevin köməkçisidir.

İngilis, rus, türk, ispan dillərini bilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler