» » DİM 189 abituriyentə çağırış etdi

DİM 189 abituriyentə çağırış etdi

Bölmə: Sosial
DİM 189 abituriyentə çağırış etdi
İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyyə olunan abituriyentlər iyulun 27-də keçiriləcək yeni imtahan üçün “imtahana buraxılış vərəqəsi”ni çap edirlər.

"Xalqinfo"ya DİM-dən daxil olan məlumata görə, 26 iyul saat 10:40-a olan məlumata əsasən imtahanda iştirakı gözlənilən 832 abituriyentdən 189 nəfəri hələ də “imtahana buraxılış vərəqəsi”ni çap edib götürməyib.

“İmtahana buraxılış vərəqəsi”ndə yeni imtahanın keçiriləcəyi yer, bina, vaxt və s. haqqında məlumatlarla tanış olmaq olar.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler