» » Qatarın altında qalan körpənin 1 yaşı varmış - Qardaşının isə 3...

Qatarın altında qalan körpənin 1 yaşı varmış - Qardaşının isə 3...

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Qatarın altında qalan körpənin 1 yaşı varmış - Qardaşının isə 3...
Bu saatlarda Qazaxdan Bakıya gələn qatar 3 nəfəri vurub.

“Xalqinfo” xəbər verir ki, qatarda olan sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, hadisə Şəmkir rayonunun Zəyəm kəndi ərazisində baş verib.

Ana və iki azyaşlı uşaq qəfildən hərəkət edən qatarın qarşısına çıxıb. Qatar gənc qadının başını bədənindən qoparıb. Qadının uşaqları da relslərin arasında qalaraq can verib. Onların intihar məqsədilə özlərini qatarın altına atdığı ehtimal olunur.

Belə ki, qatarın maşinisti ilkin ifadəsində qadının relslərin üzərində oturduğunu bildirib. Qatar sürətlə hərəkət etdiyindən maşinist onu saxlaya bilməyib.

Özünü qatarın altına atan qadının Zəyəm sakini 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı olduğu bildirilib. Onun ölən övladları 3 yaşlı oğlu və 1 yaşlı qızı olub.

Hadisədən sonra Qazax-Bakı qatarı 1 saatdan çox Zəyəm kəndində dayanıb. Olay yerinə rayon prokuroru və çox sayda polis əməkdaşı gəlib. Araşdırma aparıldıqdan sonra qatarın hərəkəti bərpa olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler