» » Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi

Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi

Bölmə: Sosial
Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi
Tanınmış fəal Nigar Həzi (Yaqublu) doğum gününü həbsxanada qeyd edib.

Xalqinfo.az xəbər verir ki, bu barədə Nigar Həzi özü feysbuk səhifəsində məlumat yazıb.

Nigar Həzi qeyd edib ki, doğum gününü 17 saylı Cəzaçəkmə Müəssisəsində həyat yoldaşı Seymur Həzi ilə birlikdə qeyd edib.

Qeyd edək ki, cütlüyün nikah mərasimi də Seymur Həzinin məhkumluq həyatı yaşadığı cəzaçəkmə müəssisəsində baş tutub. Seymur Həzi Abşeron rayon məhkəməsinin qərarıyla 5 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler