» » Bakıya imtahan verməyə gələn abituriyent itkin düşdü

Bakıya imtahan verməyə gələn abituriyent itkin düşdü

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Bakıya imtahan verməyə gələn abituriyent itkin düşdü
Neftçaladan Bakıya imtahan verməyə gələn şəxs itkin düşüb.

Xalqinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə itkin düşən yeniyetmə, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlunun qohumları məlumat yayıblar.

Qeyd edilir ki, İbrahim ali məktəbə qəbul üçün 1-ci qrup üzrə imtahan verib. O, imtahana görə həddən artıq həyəcanlı və narahat olduğunu ailə üzvlərinə bildirib. İmtahan verdikdən sonra dünən (24.07.2017) səhər, saat 07:15 radələrində qohumu İbrahimi Sədərək Ticarət Mərkəzinin yaxınlığında yol taksilərinin birinə (mini avtobus) mindirib ki, Nefçalaya evə qayıtsın.

Bu günə qədər abituriyentdən xəbər yoxdur. Evə çatmayıb. Qohumu İbrahimi taksiyə mindirib uzaqlaşdıqdan sonra onun Bakıda düşdüyü və ya Neftçalaya getdiyi də məlum deyil.

Hazırda polis də bu haqda məlumatlıdır və dünəndən axtarış aparılır.

İbrahimi görənlərdən və ya haqqında bir məlumat bilənlərdən +994 (50) 727 96 16, +994 (55) 907 52 69 (atası Yaşar) nömrələrinə zəng etmələri xahiş olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler