» » Rusiya həbsxanalarında nə qədər azərbaycanlı var?

Rusiya həbsxanalarında nə qədər azərbaycanlı var?

Bölmə: Sosial
Rusiya həbsxanalarında nə qədər azərbaycanlı var?
Rusiya həbsxanalarında 29 397 əcnəbi cəza çəkir.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bunlardan 90 faizi ağır və çox ağır cinayətlər törətmiş şəxslərdir.

Rusiya Cəzaların İcrası Federal Xidmətinin məlumatına görə, əcnəbi məhbuslar arasında 12 ABŞ və Avropa İttifaqı ölkələrinin 97 vətəndaşı var.

MDB ölkələri arasında ən çox əcnəbi məhbus Tacikistandandır - 8002 nəfər. İkinci yerdə Özbəkistan (6362), üçüncü yerdə Ukrayna (4761) gəlir.

Rusiya həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı isə 2350 nəfərdir (MDB ölkələri arasında 4-cü).

Ümumilikdə isə Rusiya həbsxanalarında 618 490 nəfər cəza çəkir. Bunlardan 48 385-i qadın, 1594-ü azyaşlıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler