» » Təxliyyə edilən abituriyentlərin imtahan verəcəyi vaxt açıqlandı

Təxliyyə edilən abituriyentlərin imtahan verəcəyi vaxt açıqlandı

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Təxliyyə edilən abituriyentlərin imtahan verəcəyi vaxt açıqlandı
Məlum olduğu kimi, dünən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan zamanı Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib.

Xalqinfo”nun məlumatına görə, Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında deyib ki, həmin abituriyentlər üçün növbəti dəfə keçiriləcək imtahanın tarixi də bəllidir:

“Dünən Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda-idman zalında elektrik naqillərində baş verən tüstülənmə zamanı imtahandan kənarda qalan abituriyentlərin narahatlığına əsas yoxdur. İyulun 27-də onlar üçün imtahan keçiriləcək. Xəsarət alan abituriyent olmayıb. Sadəcə tüstülənmə olduğuna görə təhlükəsizliyi qorumaq üçün şagirdlər evakuasiya olunub”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler